Beynəlxalq Olimpiya Komitəsindən transgender olduğu iddia edilən boksçu ilə bağlı AÇIQLAMA - FOTO

Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 oyunarında transgender olduğu iddia edilən Əlcəzairli boksçu İmane Xeliflə ilə bağlı açıqlama dərc edib. 

Bizim.Media xəbər verir ki, bu barədə komitənin rəsmi internet səhifəsi məlumat yayıb. 

Bildirilib ki, hər bir idmançının yarışlarda ayrı-seçkilik görmədən iştirak etmək hüququ var. 

“Paris 2024 Olimpiya Oyunlarının boks turnirində iştirak edən bütün idmançılar yarışın uyğunluğu və giriş qaydalarına, eləcə də Paris 2024 Boks Birliyi tərəfindən müəyyən edilmiş bütün müvafiq tibbi qaydalara əməl edirlər. Əvvəlki Olimpiya boks yarışlarında olduğu kimi, idmançıların cinsi və yaşı onların pasportuna əsaslanır”, - komitədən qeyd edilib. 

“Biz hesabatlarda Paris-2024 Olimpiya Oyunlarında mübarizə aparan iki qadın idmançı (red: Lin Yu-tinq və İmane Xelif) ilə bağlı yalnış məlumatların şahidi olmuşuq. Bu iki idmançı uzun illərdir ki, beynəlxalq boks yarışlarında, o cümlədən Tokyo-2020 Olimpiya Oyunları, Beynəlxalq Boks Assosiasiyası (BBA) qadınlar kateqoriyasında mübarizə aparırlar. Bu iki idmançı BBA-nın qəfil və özbaşına qərarının qurbanı olub. 2023-cü ildə Dünya Çempionatının sonuna yaxın onlar heç bir qanuni proses olmadan qəfildən diskvalifikasiya ediliblər. 
 

BOK Olimpiya Xartiyası,  Etik Kodeksi və İnsan Hüquqları üzrə Strateji Çərçivəsinə uyğun olaraq, Olimpiya Oyunlarında iştirak edən bütün idmançıların insan hüquqlarını qorumağa sadiqdir. BOK iki idmançıya edilən neqativ şərhlərdən kədərlənir. 


BBA-nın  qərarı ilə 2019-cu ildə idmançıların fəaliyyəti dayandırıldıqdan sonra 2023-cü ildə BOK tərəfindən təkzib edilib. Qərarın geri götürülməsi İdman Arbitraj Məhkəməsi tərəfindən təsdiqlənib”, - Beynəlxalq Olimpiya komitəsi dərc edib. 

Xatırladaq ki, 24 mart 2023-cü il tarixində BBA idmançılar Lin Yu-tinq və İmane Xelifi Nyu Dehli 2023 Qadınlararası Boks üzrə Dünya Çempionatından diskvalifikasiya edib. 

“Bu diskvalifikasiya onların müəyyən edilmiş və qoyulmuş qadınların yarışında iştirak etmək üçün uyğunluq meyarlarına cavab verməməsinin nəticəsi olub. Qanunlar BBA-nın Əsasnaməsində öz əksini tapıb. Diqqətlə nəzərdən keçirildikdən sonra qəbul edilən bu qərar, rəqabətin ədalətlilik səviyyəsini və maksimum dürüstlüyünü qorumaq üçün son dərəcə vacib və zəruridir”, - Beynəlxalq Boks Assosiyasiyası qeyd edib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

Bunları bilmədən yumurta ALMAYIN

Bunları bilmədən yumurta ALMAYIN

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

End of content

No more pages to load

RADİO