İran prezidenti Məsud Pezeşkian Tehranda İsrail tərəfindən öldürülən HƏMAS lideri İsmayıl Haniyənin cənazəsi üçün dua edərkən göz yaşlarına boğulub.
Bizim.Media xəbər verir ki, bu barədə fotoları İran mediası yayıb.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə dünən gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Bu gün isə İranın paytaxtında HƏMAS lideri ilə vida mərasimi keçirilib.
Bizim.Media