Tehranda HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə ilə vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, vida mərasimində İranın yüksəkvəzifəli rəsmiləri iştirak ediblər.
İranın ali dini lideri Ayətullah Xamenei mərhumun ruhuna dualar oxuyub.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə dünən gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.
Bizim.Media