Elçin Əmirbəyov ABŞ-da hansı məsələləri müzakirə edib? – FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-a səfəri çərçivəsində bir sıra amerikalı rəsmilərlə görüşərək Bakı-Vaşinqton münasibətləri ilə yanaşı Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ətrafında fikir mübadiləsi aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti, habelə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-yə işgüzar səfəri çərçivəsində Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim, Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri Bürosunda Mərkəzi Asiya İşləri Ofisinin direktoru, müdafiə naziri müavininin köməkçisi Laura Kuper və Nebraska ştatından respublikaçı senator Pit Rikettslə Azərbaycan – ABŞ ikitərəfli gündəliyi, Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparılıb”, – diplomatik missiyanın mətbuat xidməti qeyd edib.

Səfirliyin digər paylaşımında azərbaycanlı diplomatın “ABŞ Sülh İnstitutunun təşkil etdiyi dəyirmi masada tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüşdüyü” diqqətə çatdırılıb:

“Tədbir zamanı Azərbaycan – ABŞ münasibətləri, davam edən Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib”.

Eyni zamanda, Azərbaycanın dünya təşkilatındakı Daimi Nümayəndəliyinin məlumatında Elçin Əmirbəyovun “Nyu-Yorka işgüzar səfəri çərçivəsində BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Dikarlo ilə görüşdüyü və Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərini, regionda baş verən son hadisələri müzakirə etdiyi” vurğulanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

End of content

No more pages to load

RADİO