Azərbaycan milli komandasının futbolçusu Özancan Kökçü "Eyndhoven"dən ayrılıb.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçinin yeni komandası da bəlli olub. Belə ki, futbolçu Finlandiyaya yollanıb.
O, bu ölkənin əsas iddialı klubu olan "Helsinki" ilə anlaşıb. Kökçü Finlandiya nəhəngi ilə 2,5 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Ozan ötən mövsüm "Eyndhoven"də 12 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Kökçü daha əvvəl "Bursaspor", "Giresunspor", "Telstar", "Velveyk" klublarında oynamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media