“Səbail”dən ayrılan Adi Mehremiçin yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını vətəni Bosniya və Herseqovinanın “Velej Mostar” klubunda davam etdirəcək. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Mehremiçlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Adi 2011-2013-cü illərdə də "Velej Mostar"ın formasını geyinib. Futbolçu ötən yaydan "Səbail"də oynayırdı.
Bizim.Media