Bu gün İsrail ordusunun sözçüsü Anna Okolova Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin qətlə yetirilməsi ilə bağlı suala cavabında bildirib ki, İsrail hökuməti buna görə məsuliyyət daşımır.
Bizim.Media İSNA-ya istinadən xəbər verir ki, İsmayıl Həniyənin öldürülməsindən sonra İsrail ordusu CNN-ə deyib ki, xarici medianın xəbərlərinə cavab verilməyəcək.
İran mediası isə iddia edir ki, İsrail ordusunun sözçüsü HƏMAS liderinin öldürülməsinə görə məsuliyyət daşımaqdan boyun qaçırıb.
Bizim.Media