Konfrans Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşləri davam edir.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə təmsilçilərimizdən yalnız "Sumqayıt" meydana çıxacaq.
Ötən həftə evdə "Fehervar"a uduzan Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu gün rəqib meydançasında rəqibi ilə üz-üzə gələcək.
Konfrans Liqası. 2-ci təsnifat mərhələsi
Cavab oyunu
21:00. “Fehervar” (Macarıstan) - “Sumqayıt” (Azərbaycan)
Baş hakim: Kristofer Karlsson (İsveç)
Macarıstan, Şekeşfehervar.
"Mol Arena Sosto"
İlk oyun – 2:1.
Rəşad Rafiqoğlu, Bizim.Media