"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçu Xulian Alvaresin klubu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: "Alvaresin gələcəyini düşündüyü barədə məlumat gördüm.
Yaxşı, qoy düşünsün. Sonra qərarını bizə deyəcək. Julian keçən mövsüm oynadı. Daha çox maaş istəyir? Bu, futbolçunun normal istəyidir”.
Ötən mövsüm 24 yaşlı hücumçu 54 matçda iştirak edib, 19 qol vurub, 13 qolun ötürməsini verib.
Bizim.Media