Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Paris - 2024 Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Bizim.Media xəbər verir ki, o, 1/32 finalda çinli An Qixuanla qarşılaşıb və 6:5 hesabı ilə qalib gəlib.
Y.Ramazanova 1/16 finalda almaniyalı Mişel Kroppenl' üz-üzə gəlib. O, Tokio Olimpiadasının bürünc medalçısı, dünya və Avropa çempionu olan rəqibinə 2:6 hesabı ilə uduzaraq Olimpiada ilə vidalaşıb.
Bizim.Media