UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda hesab açılıb.
Bizim.Media xəbər verir ki, görüşün 17-ci dəqiqəsində Olavio Juninyonun qolu komandamızı 1:0 hesabı ilə önə keçirib.
Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
Bizim.Media