Fransa tarixinin QARA LƏKƏSİ – 63 il əvvəl Parisdə əlcəzairlilərə necə DİVAN TUTULUB?

XXXIII Yay Olimpiya oyunlarının açılış mərasimi siyasi jestlərdən kənarda qalmadı. Belə ki, Əlcəzair nümayəndə heyəti 1961-ci il oktyabrın 17-də Parisdə ölkənin müstəqilliyinə dəstək nümayişi zamanı həlak olanların xatirəsinə Sena çayına qızılgüllər atıb. 

Əlcəzair nümayəndə heyətinin bu addımı Fransa tarixinin qaranlıq üzünü yenidən xatırladıb.

63 il əvvəl Parisdə nə baş vermişdi?
 

MÖVZU İLƏ BAĞLI:

Fransalı politoloq: “Makron iğtişaşları azaltmaq üçün Olimpiada adı ilə təhlükəsizliyi gücləndirir” – ÖZƏL 


1961-ci ildə Əlcəzair Fransanın müstəmləkəsi idi. Fransa dövləti 5 oktyabr 1961-ci ildən etibarən Paris və ətraflarında yaşayan əlcəzairlilər üçün komendant saatı tətbiq etdi. 17 oktyabr 1961-ci ildə 30 minə yaxın əlcəzairli Parisdə komendant saatına etiraz etmək və ölkələrindəki müstəqillik mübarizəsini dəstəkləmək üçün dinc nümayiş keçirdi. 

Həmin hadisə əsl faciə ilə bitdi. 

Belə ki, tarixçilərin hesablamalarına görə, həmin dövrdə Parisin polis rəisi Moris Paponun göstərişi ilə dinc aksiyaya polislər müdaxilə etdi. Baş verən qarşıdurma zamanı 300-dən çox əlcəzairli həyatını itirdi. Bundan əlavə, polis zorakılığı nəticəsində 14 min nəfərin yaralandığı bildirilir. Sözügedən tarixdə 12 minə yaxın adam həbs edilib. 17 oktyabr hadisələri “Paris qırğını” kimi yaddaşlarda qalıb. Sonrakı illərdə, 1961-ci il qırğını ilə bağlı heç bir məhkəmə araşdırması aparılmayıb.

Sorğu-sualsız edamlar

Tarixçilərin sözlərinə görə, soyuq havada qadınlar, uşaqlar və qocalar da daxil olmaqla çox sayda əlcəzairli üzüb çıxa bilməsinlər deyə, ayaqları sındırılaraq Sena çayına atılıblar. Şahidlər bildirirlər ki, Fransa jandarması küçədə cilbab (ərəblərə məxsus geyim - red.) geyinmiş ərəbləri saxlayıb yoxlayır, cibindən ərəb dilində yazı çıxacağı təqdirdə onu dərhal güllələyirdilər. Çünki düşünürdülər ki, onun intellekti var və yazıb-oxumağı bacarır. Fransızlar savadlı şəxsləri özləri üçün daha böyük təhlükə hesab edirdilər. 

Şahidlərin bildirdiyinə görə, nümayişçilərdən bəziləri Paris polis qərargahının həyətində və metro stansiyalarında öldürülüblər.

Təhsilə qarşı cinayət

Məlumat üçün qeyd edək ki, Əlcəzairdəki müstəmləkəçilik dövründə bütün ərəb məktəbləri fransızlar tərəfindən dağıdılmışdı. Çünki bilik, bacarıq silah idi və Fransa bu silahın onlara qarşı istifadə olunmasından qorxurdular. Fransızlar Əlcəzairi işğal etməzdən əvvəl əlcəzairlilər savadlı xalq idi. Müstəmləkəçiliyin məqsədi isə hər şeyi, o cümlədən təhsili məhv etmək idi.

Buna görə də, müstəmləkə illərində ərəblərə məktəbə getmək də qadağan edildi və bu qadağa 132 il qüvvədə qaldı.

Tarixçilər qeyd edirlər ki, 1865-ci il əlcəzairlilər üçün daha qanlı tarix ilə yadda qalıb, həmin il yüzminlərlə əlcəzairli Yeni Kaledoniyaya deportasiya edilib.

Məlumat üçün bildirək ki, Fransa “Paris qırğını” ilə bağlı 1998-ci ildə 40 nəfərin ölümü faktını qəbul etsə də, hələ də qətliamı “dövlət cinayəti” kimi tanımayıb.

Qeyd edək ki, “Paris qırğını” Fransanın əlcəzairlilərə qarşı törətdiyi tarixi dəhşətlərdən yalnız biridir. Əlcəzairin 1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirib. Onların əksəriyyəti dinc sakinlər olublar.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Həmin qətli törədən şəxs TUTULDU

Həmin qətli törədən şəxs TUTULDU

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb

Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

FAKTİKİ HAVA: Şahdağa qar yağıb

FAKTİKİ HAVA: Şahdağa qar yağıb

Yolu bağlanan Qonaqkəndə ərzaq aparıldı - FOTO/VİDEO

Yolu bağlanan Qonaqkəndə ərzaq aparıldı - FOTO/VİDEO

İsrail ordusu Livanda raket qurğusunu məhv etdi - VİDEO

İsrail ordusu Livanda raket qurğusunu məhv etdi - VİDEO

Rusiyada çinli fəhlələr maaşların verilməməsinə görə etiraz edirlər - VİDEO

Rusiyada çinli fəhlələr maaşların verilməməsinə görə etiraz edirlər - VİDEO

Qusarda güclü yağışların fəsadları aradan qaldırılır - FOTO

Qusarda güclü yağışların fəsadları aradan qaldırılır - FOTO

Avropa İttifaqında mənzil bahalaşır: Qiymətlər ən çox hansı ölkələrdə artıb?

Avropa İttifaqında mənzil bahalaşır: Qiymətlər ən çox hansı ölkələrdə artıb?

İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanıldı

İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanıldı

Trampdan Çinə XƏBƏRDARLIQ - Rəsmi Pekin İrana silah göndərir?

Trampdan Çinə XƏBƏRDARLIQ - Rəsmi Pekin İrana silah göndərir?

Salyanda avtomobil aşdı - Qadın sərnişin öldü

Salyanda avtomobil aşdı - Qadın sərnişin öldü

End of content

No more pages to load

RADİO