Xəbər verdiyimiz kimi, Hidayət Heydərov 73 kq çəki dərəcəsində Paris Yay Olimpiya Oyunlarının qalibi olub.
Bizim.Media xəbər verir ki, finalda fransalı Joan-Benjamin Qabaya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Heydərovun sayəsində Paris-2024-də Azərbaycan himni səsləndirilib.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.
Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.
Bizim.Media