Azərbaycana Paris-2024 olimpiadasında ilk qızıl medalı qazandıran Hidayət Heydərov final görüşündən sonra açıqlama verib.
Bizim.Media xəbər verir ki, idmançı onu dəstəkləyən hamıya öz minnətdarlığını çatdırıb:
"Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək".
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yer alan idmançımız finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media