"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi İbrahim Ramazanovu heyətinə cəlb edib.
19 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İbrahim eyni zamanda 21 yaşlılardan ibrarət Azərbaycan milli komandasının üzvüdür. Gənc futbolçu "Qəbələ"nin yetirməsidir. O, ötən mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media