Paris Yay Olimpiya Oyunları çərçivəsində triatlonçuların Sena çayında üzgüçülük məşqləri suyun keyfiyyətsizliyinə görə ikinci dəfə ləğv edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, çirklənməyə səbəb kimi cümə və şənbə günləri yağan yağış göstərilib.
Qeyd edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.
Məlumat üçün bildirək ki, dünən də triatlonçulara Senada üzmək qadağan edilmişdi. Növbəti triatlon yarışlarının isə sabah keçirilməsi planlaşdırılıb.
Bizim.Media