COP29-un gündəliyindəki məsələlərin müzakirəsi məqsədilə məsləhətləşmələr KEÇİRİLDİ

COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə 26-27 iyul tarixlərində Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirilib.

Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertləri, Banqladeş və Barbadosun iqlim məsələlərinə məsul nazirləri, habelə ümumilikdə 40-dan artıq olmaqla, beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən, eləcə də iqlim danışıqlarında fəallıq nümayiş etdirən ölkələr iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un saytında məlumat verilib.

Qeyd edilib ki, tədbirdə dünən açılış nitqi ilə çıxış edən COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Paris Sazişinin bütün sütunları üzrə tərəqqiyə nail olunmasında COP29 Sədrliyinin qətiyyətindən söz açaraq, şəffaf və məqsədyönlü danışıqların əhəmiyyətinə diqqət çəkib, cari iqlim danışıqlarında fikir ayrılığının mövcud olduğu sahələr üzrə tərəfləri konstruktivlik nümayiş etdirməyə çağırıb.

COP29-da iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbulunun Paris Sazişi üçün sınaq testi olacağını vurğulayan Baş danışıqçı Yalçın Rəfiyev danışıqlarda irəliləyişə nail olmaq baxımından COP29 Sədrliyi tərəfindən prosesin siyasi müstəviyə qaldırıldığını, COP29-a qədərki sessiyalararası dövrdə Azərbaycan tərəfinin nazirlər, nümayəndə heyətlərinin rəhbərləri və ekspertlər səviyyəsində dialoqun aparılmasını təşviq etməyə davam edəcəyini, Tərəflərlə aparılan dialoqa əlavə töhfə verilməsi məqsədilə “nazirlər cütlüyü”nün (Misir və Danimarka) müəyyən edildiyini diqqətə çatdırıb. Baş danışıqçı NCQG üzrə hazırkı mətnin daha da təkmilləşdirilməsinin vacibliyinə toxunaraq, Tərəfləri səylərini artırmağa çağırıb.

COP29 Baş danışıqçısı Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinin COP Sədrliyimizin ikinci əsas prioriteti olduğunu qeyd edərək, fikir ayrılıqlarının mövcud olduğu məsələlərdə dövlətlər və beynəlxalq danışıqlar qrupları tərəfindən konstruktivlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

Çıxışda COP28-in yekun sənədinin həyata keçirilməsi, adaptasiya və mitiqasiya məsələləri üzrə açıq qalan məsələlərin yekunlaşdırılmasının əhəmiyyətinə diqqət çəkilib.

Məsələhətləşmələrdə hazırda iqlim gündəliyində əhəmiyyətli yer tutan və Tərəflər və beynəlxalq ictimaiyyətin COP29-dan əsas gözləntiləri olan məsələlər – iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG), Paris Sazişinin 6-cı maddəsi, adaptasiya və mitiqasiya mövzularında plenar və qruplar şəkildə müzakirələr aparılır.

Tədbirin yekun, bağlanış mərhələsinə COP29-un müəyyən olunmuş prezidenti, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev də qatılıb. O, çıxışında Şamaxı məsləhətləşmələrində iştirak edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədrinə, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertlərinə, habelə Banqladeş və Barbadosun iqlim məsələləri üzrə nazirlərinə və beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən digər ölkələrin nümayəndələrinə COP 29-un hazırlıq sessiyaları arası keçirilən bu cür görüşləri təqdir etmələrinə və COP29 Sədrliyinin təşəbbüs və səylərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib, irəliləyiş üçün tərəflərin həmrəylik və müsbət impuls nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib.

Tədbir zamanı çıxış edən müxtəlif qonaqlar, o cümlədən UNFCCC-nin Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri Harri Vreuls, eləcə də UNFCCC Katibliyinin maliyyə məsələləri üzrə baş direktoru Danielle Violette, Banqladeşin Ətraf Mühit, Meşə və İqlim Dəyişikliyi Naziri Çouduri Saber Huseyn, Barbadosun Davamlı İnkişaf, Nəticələr üçün Öhdəlik və Mədəniyyət Naziri Munro Şantal Maksin danışıqlarda irəliləyişin əldə edilməsi baxımından səylərin artırılmasına diqqət çəkib, Tərəflər arasında dialoqun aparılması baxımından Şamaxıda keçirilən qeyri-formal məsələhətləşmələrin faydalı olacağını qeyd ediblər.

İştirakçılar COP29 Sədrliyinin şəffaf və bitərəf vasitəçi kimi rolunu təqdir ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İmişli”nin baş məşqçisi komandadan AYRILIR?

“İmişli”nin baş məşqçisi komandadan AYRILIR?

Yatağınızın yanına limon qoymağın 7 inanılmaz faydası

Yatağınızın yanına limon qoymağın 7 inanılmaz faydası

Binəqədidə DƏHŞƏTLİ HADİSƏ: Ölənlər var - ŞOK DETALLAR

Binəqədidə DƏHŞƏTLİ HADİSƏ: Ölənlər var - ŞOK DETALLAR

Xırdalanda çoxmərtəbəli binada yanğın – VİDEO

Xırdalanda çoxmərtəbəli binada yanğın – VİDEO

Abituriyentlərin NƏZƏRİNƏ – Baş nazirdən ixtisaslarla bağlı QƏRAR

Abituriyentlərin NƏZƏRİNƏ – Baş nazirdən ixtisaslarla bağlı QƏRAR

Azyaşlının həyatını təhlükəyə atan bağça müdiri CƏZALANDIRILDI – RƏSMİ/VİDEO

Azyaşlının həyatını təhlükəyə atan bağça müdiri CƏZALANDIRILDI – RƏSMİ/VİDEO

Orban seçkilərdə məğlub olanda hansı hisləri keçirib? – VİDEO

Orban seçkilərdə məğlub olanda hansı hisləri keçirib? – VİDEO

Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Avropada böyük savaş XƏBƏRDARLIĞI – Rusiya hücuma başlaya bilər

Avropada böyük savaş XƏBƏRDARLIĞI – Rusiya hücuma başlaya bilər

Sahibə Qafarova-Alen Simonyan görüşündə hansı məsələlər müzakirə olunub? – VİDEO

Sahibə Qafarova-Alen Simonyan görüşündə hansı məsələlər müzakirə olunub? – VİDEO

“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT

“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT

“Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm”

“Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm”

Xalq artistinin qardaşı qızının meyiti tapıldı - Video

Xalq artistinin qardaşı qızının meyiti tapıldı - Video

Sahil Tahirli: “Əslində, Sara Əzimova vəzifəsindən ayrılmadı” – FOTO

Sahil Tahirli: “Əslində, Sara Əzimova vəzifəsindən ayrılmadı” – FOTO

Emin Əmrullayev Şimal bölgəsindəki məktəblərin vəziyyətindən DANIŞDI - EKSKLÜZİV/ VİDEO

Emin Əmrullayev Şimal bölgəsindəki məktəblərin vəziyyətindən DANIŞDI - EKSKLÜZİV/ VİDEO

“Yüksəliş”ə kimlər daha çox müraciət edir? – lider sektor açıqlandı

“Yüksəliş”ə kimlər daha çox müraciət edir? – lider sektor açıqlandı

Hidayət Heydərov finalda – YENİLƏNİB

Hidayət Heydərov finalda – YENİLƏNİB

Azərbaycanda mənzillər BAHALAŞDI – RƏSMİ

Azərbaycanda mənzillər BAHALAŞDI – RƏSMİ

Bu ilin ilk üç ayında ZORAKILIĞA məruz qalan qadınların sayı açıqlandı – ÖZƏL

Bu ilin ilk üç ayında ZORAKILIĞA məruz qalan qadınların sayı açıqlandı – ÖZƏL

Hikmət Hacıyev: “Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub”

Hikmət Hacıyev: “Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub”

MAXE olmaq istəyənlərin DİQQƏTİNƏ

MAXE olmaq istəyənlərin DİQQƏTİNƏ

“Araz Naxçıvan” “Turan Tovuz"a, “Zirə” “Neftçi”yə qarşı

“Araz Naxçıvan” “Turan Tovuz"a, “Zirə” “Neftçi”yə qarşı

Həyat yoldaşından boşanan kimi türbə ziyarətinə getdi – FOTO

Həyat yoldaşından boşanan kimi türbə ziyarətinə getdi – FOTO

Rusiya PUA-sı Dnepr səmasında belə vuruldu – ANBAAN VİDEO

Rusiya PUA-sı Dnepr səmasında belə vuruldu – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO