Fransa-2 telekanalının aparıcıları Paris-2024 Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribata əl atıblar.
Bizim.Media xəbər verir ki, olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı aparıcılar Azərbaycanın əleyhinə fikirlər səsləndiriblər.
“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”, – deyə aparıcı canlı yayımda bildirib.
Bu fikirlərdən sonra Azərbaycan tərəfinin Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırladığı güman edilir.
Bizim.Media