Futbol üzrə Bolqarıstan çempionatında 2-ci turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Krumovqrad"ı qəbul edib.
Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib. O, 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. 2 turdan sonra 3 xal toplayan "Arda" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media