120 nömrəli avtobus niyə dayanacaqlarda SAXLAMIR? – RƏSMİ AÇIQLAMA

Hövsan qəsəbəsini “28 May” və “Əhmədli” metrostansiyası ilə əlaqələndirən və iyul ayının 1-dən xəttə çıxan 120 nömrəli marşrut avtobusunun fəaliyyəti sakinləri qane etmir.

Redaksiyamıza müraciət edən qəsəbə sakinləri bildirirlər ki, onlar dəqiqələrlə dayanacaqda avtobus gözləsələr də, sürücülər buna məhəl qoymur, avtobusu saxlamırlar. Onların sözlərinə görə, sürücülər avtobusdan yalnız enən olduğu halda dayanacaqda dayanırlar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, avtobusların təyin olunmuş dayanacaq məntəqələrində dayanmadan fəaliyyət göstərməsi araşdırılıb:

“120 nömrəli marşrutda 18 avtobus 10-12 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobusların təyin olunmuş dayanacaq məntəqələrində dayanmadan fəaliyyət göstərməsi ilə bağlı Nəqliyyat İdarəetmə Sistemi proqramı vasitəsilə araşdırma aparılıb. Avtobusların dayanacaq məntəqələrində dayanmaqla fəaliyyət göstərdikləri müəyyən edilib”.

Məlumatda qeyd edilib ki, marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi istismarçının diqqətinə çatdırılıb:

“Buna baxmayaraq, tərəfimizdən sürücülərin nəqliyyat vasitələrini təyin edilmiş dayanacaq məntəqələrində saxlamalarına, marşrut üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin olunması tərəfimizdən bir daha marşrutun müvəqqəti istismarçısının diqqətinə çatdırılıb”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

Bu gün Azərbaycanda “Son zəng”dir

Bu gün Azərbaycanda “Son zəng”dir

Həftənin ilk günü İŞ OLMAYACAQ

Həftənin ilk günü İŞ OLMAYACAQ

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

End of content

No more pages to load

RADİO