Britaniyadan növbəti dünya müharibəsi ANONSU – 2027-ci ilə qədər...

Dörd ölkə, İran, Rusiya, Şimali Koreya və Çin gərginlik oxu kimi İngiltərənin təhlükəsizliyini təhdid edir və biz yaxın üç ildə onlarla müharibəyə hazır olmalıyıq.

“The Guardian“ın məlumatına görə, bu barədə Böyük Britaniya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi, general Reli Uoker çıxış edib.

O qeyd edib ki, Britaniya və onun müttəfiqləri bu müddətdən sonra müharibəyə hazır olmalıdırlar.

O, 2027 və 2028-ci illərdə Böyük Britaniyanın adı çəkilən dörd ölkənin böyük təhdidi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib: 

“Müharibə qaçılmazdır və Britaniya ordusu dörd ölkə ilə mübaribəyə hazır olmalıdır. Rusiyanın Ukrayna ilə müharibəsindən İranın nüvə silahı əldə etmək niyyətinə qədər bizim üçün təhdiddir. Düşməni məğlub etmək üçün ordunun gücünü ikiqat artırmaq lazımdır”.

“Ukraynadan sonra hədəf Avropadır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli düşünür ki, Böyük Britaniyadan olan generalın açıqlaması həqiqətə xeyli yaxındır: 

“Böyük Britaniyanın Ukraynaya etdiyi kömək, göndərdiyi silahlar rusların heç zaman yaddaşından çıxmayacaq. Bu mənada Ukrayna müharibəsindən sonra Moskva bütün Avropaya meydan oxumağa çalışacaq. Bu ölkələrin sırasında Almaniya da var. Amma Almaniya digər Avropa ölkələrilə müqayisədə prosesə daha hazırlıqlıdır. 

Berlin “Calibr” tipli uzaq mənzilli raketlər alır. Üstəlik Almaniya nüvə silahı ilə bağlı da tədqiqatlara başlayıb. Fransa da Rusiyadan ehtiyatlanır. Ona görə də indidən Rusiya və onun müttəfiqlərilə  müharibəyə hazırlıqlar görür. 

Bir-birinə düşmən olan cəbhələrdən birinin başında Rusiya dayandığı kimi, digərinin başında da Amerika durur. Amerika nə qədər möhkəm olsa da, hər halda Rusiya nüvə silahı ilə onu da təhdid edə bilər”. 

Ekspert qeyd edir ki, yaranmış vəziyyətdə vahid Avropa ordusunun yaradılması məsələsi aktuallaşır:

“Avropa hərbi xərclərini artırır, yeni silah istehsalı üzərində işləri gücləndirir. Belə vəziyyətdə vahid Avropa ordusunun yaradılması da gündəmdədir. Çünki Tramp iş başına gələrsə, NATO-da Avropanın rolunu təftiş etməyə çalışacaq. Bu nöqteyi-nəzərdən Avropa başda Böyük Britaniya və Almaniya olmaqla ciddi şəkildə müharibəyə hazırlaşır. Həmin məsələdə Avropada bu iki dövlət aparıcı mövqeyə malikdir. Onlar gələcəkdə hər hansı bir təhlükə qarşısında öz güclərini birləşdirəcəklər”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

End of content

No more pages to load

RADİO