Fransalı idmançı hicaba görə Olimpiadanın açılışına buraxılmayıb.
Bizim.Media xəbər verir ki, Sounkamba Sylla dini geyiminə görə mərasimdə iştirakına mane olduğunu deyib.
“Ölkənizin təşkil etdiyi Olimpiya Oyunlarına vəsiqə qazanmısınız, ancaq hicablı olduğunuz üçün açılış mərasimində iştirak edə bilmirsiniz” deyə 26 yaşlı idmançı şikayətlənib.
Əvvəllər o, başını tamamilə örtən papaqda çıxış edirdi.
Ölkənin Olimpiya Komitəsi isə əmin edib ki, idmançı ilə kompromisə getməyə hazırdır.
Bizim.Media