Argentina milli futbol komandası Parisdə Olimpiya Oyunlarına hazırlaşarkən oğurluğun qurbanı olub.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano məlumat verib.
Onun sözlərinə görə, ötən gün məşq zamanı futbolçuların saatları, üzüklər və digər qiymətli əşyaları oğurlanıb.
Qeyd edək ki, artıq Parisdə ikinci dəfədir ki, Olimpiya komandaları qarət edilir. Bu yaxınlarda Avstraliya millisi də quldurluğun qurbanı olub.
Bizim.Media