İki milyon manatdan çox dələduzluq edən şəxs: "Soruşan yoxdur ki, pulu qaytarmaq istəyirsən?"

Vətəndaşların xüsusilə külli miqdarda pulunu dələduzluq yoli ilə ələ keçirən Cahangir Musulat oğlu Qəmbərovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Cahangir Qəmbərov yarımçıq qalmış çıxışını davam etdirib.

O bildirib ki, 2012-2017-ci illərdə bacanağı Asifin yanında kabel sexində işləyib:

"Əsasən satışa baxmışam. Sonra bacanağım rəhmətə getdi. 2017-ci ildən cinayət işində zərərçəkmiş qismində tanınan Liliya xanımın yoldaşı Qərib ilə ortaq məxrəcə gəldik ki, ikimiz də pul qoyub kabel sexi açaq. Ancaq Liliya Talxanovna Mixiyeva ibtidai istintaqda verdiyi ifadəsində bildirib ki, Cahangir ilə ailəvi dost olduqlarından 2018-ci ildə Cahangir onun əri Qəribdən 20 min ABŞ dolları borc istəyib və 2019-cu ilin əvvəlində qaytaracağına söz verib.

2019-cu ilin sonunda isə yenidən Qəribdən borca 15 min ABŞ dolları pul istəyib, alıb və dediyi vaxtda da qaytarıb.

Beləliklə, dostunun etibarını qazanan Cahangir 2020-ci ilin yanvar ayında xaricdən PVC xammalı və kabel gətirəcəyi və firmalara satıb böyük qazanc əldə edəcəyini vəd verərək onlardan 54 min 500 ABŞ dolları pulu nağd şəkildə Liliyagilin evində alıb. Və söz verib ki, hər ay onlara verdikləri pulun müqabilində 20 faiz gəlir verəcək.
Yenidən həmin ilin aprel ayında Cahangir 12 min 500 ABŞ dolları da biznesə yatırmaq adı ilə onlardan alıb. Ümumilikdə 67 min ABŞ dolları əllərindən getdikdən sonra heç bir qazanc qarşılığı olmadan 2023-cü ilin fevral ayında yenidən 3 min ABŞ dollarını onlardan alıb. Dələduzluq əməllərini yenidən davam etdirən Cahangir Qəmbərov həmin ilin mart ayında Liliya və əri Qəribdən 14 min 700 ABŞ dollarını yenidən alıb.

Beləliklə 89 min 700 ABŞ dollarının qarşılığında cəmi 9 min 700 ABŞ dolları may ayına kimi qaytarıb. Beləliklə Cahangir Qəmbərov hazırkı vəziyyətdə aylıq gəliri çıxmaq şərti ilə Liliya və ərinə qarşı 80 min ABŞ dolları məbləğində dələduzluq edib. Məhkəmənin gedişində Cahangir Qəmbərov üzünü hakimlərə tutaraq bildirib ki, "bəli, borcum var, mənə sual verən yoxdur ki, sən şikayətçilərin pulunu qaytarmaq istəyirsən?"

Sonra yenə Cahangir Qəmbərov öz ifadəsində qeyd edib ki, 2021-ci ilin yanvar ayından 2023-cu ilin tutulan gününə kimi 6 milyon 150 min dollar pulu Əhmədin şirkətlərinə pul ödəmişəm, əlimdə 400 min ABŞ dolları nağd pul olub.

Burada sual yaranır, bu qədər dövriyyəsi olan Cahangir nə üçün 2021-ci ilə kimi Liliya Talxanovna Mixiyevadan dələduzluq yolu ilə ələ keçirdiyi 80 min ABŞ dollarını qaytarmayıb.

Həmçinin Cahangir məhkəmədə qeyd edib ki, 6 milyonun qarşısında Əhməd ona cəmi 2 milyon 800 min dollarlıq mal göndərib. Bununla bağlı onda səs yazısı var, həmin səs yazısını ibtidai istintaqa təqdim etməyib, məhkəməyə təqdim edəcək.

Ancaq ibtidai istintaqda zərərçəkmiş Əhməd Mütəllimov Cahangir Qəmbərova verdiyi pul məbləğlərinin hesab qəbzlərini təqdim edib. Məlum olub ki, Cahangir malları Əhmədə aldıraraq dəyərindən daha ucuz qiymətə satıb pulları ələ keçirib. Soruşanda isə bildirib ki, malları nisyə verib, pulları müxtəlif müştərilərdədir. Hətta bunlarla bağlı Cahangir özü gömrük bəyannamələri, ödəniş tapşırıqları, hesab sənədləri kompüterdə saxta şəkildə düzəldərək pulların dövriyyədə olması görüntüsü yaradıb.

Beləliklə, zərərçəkmiş Əhməd Mütəllimov hazırda maddi cəhətdən acınacaqlı duruma düşdüyünü, onda Cahangir Qəmbərov tərəfindən ələ keçirilən bütün əmlakın qəbzləri, digər sənədləri və səs yazılarının olduğunu ibtidai istintaqda verdiyi ifadəsində qeyd edib:

"Cahangirin nə malın dəyərini, nə də gömrük rüsumlarını ödəmək üçün pulu olmayıb, mənim etibarımı qazanaraq məndən külli miqdarda pul vəsaiti alıb Türkiyə və Çindəki şirkətlərə ödəyib".

Həmçinin Cahangir Qəmbərov həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində qeyd edib ki, onun hazırda Əhməd Mütəllimova 865 min 148 ABŞ dolları borcu var. Cahangir Qəmbərovun məhkəmə prosesi sentyabrın 17-nə kimi təxirə salınıb.
Xatırladaq ki, ibtidai istintaqla müəyyən edilib ki, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən Cahangir Qəmbərov Liliya Talxanovna Mixiyevanın 136 min manatını, Tamerlan Elman oğlu Rəşidovun 581 min 436 manatını, Aqif Çingiz oğlu Əhmədovun 3400 manatını, Hacıbala Qasım oğlu Məlikovun 2400 manatını, Əhməd Aydın oğlu Mütəllimovun isə 1 milyon 470 min 751 manatını ələ keçirərək xüsusilə külli miqdarda dələduzluq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Əli Cavadlı Avropa çempionu oldu

Əli Cavadlı Avropa çempionu oldu

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

End of content

No more pages to load

RADİO