2030-cu ildə Qış Olimpiya Oyunları Fransanın Alp dağlarında keçiriləcək.
Bizim.Media "France24"-ə istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında açıqlama verib.
Tomas Baxa Fransa prezidenti Emmanuel Makron deyib ki, bu məsələ ilə bağlı növbəti baş nazirdən maliyyə ayırmağı xahiş edəcək.
Qeyd edək ki, zəmanətlərin rəsmi verilməsi üçün bu il dekabrın 31-i son tarix kimi təyin olunub.
Bizim.Media