Ermənistan Hindistan silahının ən böyük alıcısına çevrilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi maliyyə hesabatında öz əksini tapıb.
Bildirilib ki, Ermənistan “Pinaka” raket sistemlərinin və “Akaş” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilələr imzaladıqdan sonra Hindistandan ən böyük silah idxalçısına çevrilib.
Qeyd edək ki, İrəvan və Yeni Dehli Ermənistana 600 milyon dollar dəyərində silah tədarükü ilə bağlı müqavilələr bağlayıb.
Bizim.Media