Paşinyan COP29-da ölkəsinin iştirakı məsələsinə avqustda aydınlıq gətirəcək.
Bizim.Media "Hraparak" qəzetinə istinadən məlumat verir ki, bu barədə yerli KİV-ə Ermənistan hökumətinin İnformasiya və İctimaiyyətlə əlaqələr İdarəsindən bildirilib.
Məluatda qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq.
Bizim.Media