Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Mert Çelikin “Səbail”lə bağladığı müqavilənin maliyyə dəyəri məlum olub.
Bizim.Media xəbər verir ki, “dənizçilər”lə 1 illik müqavilə bağlayan 24 yaşlı müdafiəçi bu müddətdə 40 min dollar qazanacaq.
M.Çelik U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qol vurub. 24 yaşlı oyunçu "Səbail"ə Türkiyənin I Liqa təmsilçisi “Bandırmaspor”dan keçib.
Onun “Başakşehir”lə müqaviləsi bitdiyindən, Bayıl klubu ilə azad agent statusu ilə müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media