BMT-nin baş katibi Antonio Quterreş Paris Olimpiadası üçün bütün dünya ölkələrinə çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə Antonio Quterreş Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Parisdə keçirilən 142-ci sessiyasında çıxışı zamanı bildirib.
O hər kəsi silahlarını yerə qoymağa çağırıb:
“Olimpiya barışığı ruhunda hər kəsi körpülər qurmağa çağırıram. Həmrəylik tərbiyə edin. Və son məqsəd üçün səy göstərin: hamı üçün sülh”.
BMT-nin baş katibi qeyd edib ki, idman insanları bir araya gətirir, qarşılıqlı hörmət və ədalətli oyunu təşviq edir.
Qeyd edək ki, Fransada keçiriləcək “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək baş tutacaq.
Bizim.Media