18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatı C divizionunda mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışda ilk matçına bu gün çıxıb.
B qrupunda yer alan komandamız ilk turda Albaniya ilə görüşüb. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığma inamlı qələbə qazanıb. basketbolçularımız 72:53 hesabı iləq alib gəliblə. Qrupun digər görüşündə Gürcüstan və Ermənistan qarşılaşacaq.
Qeyd edək ki, millimiz II turda Gürcüstan, qrupdakı son matçında Ermənistanla görüşəcək.
Avropa çempionatı, C divizionu
B qrupu
23 iyul
19:00. Azərbaycan – Albaniya - 53:72 (15:17, 20:6, 16:14, 21:16)
Tetoni İdman Zalı
Rəşad Rafiqoğlu, Bizim.Media