2021-ci ilin 4 ayında qeyri-neft ixracı 26,5%, apreldə isə 62,5% artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında status yazıb.
Nazir qeyd edib ki, Azərbaycanda qeyrineft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib:
"Pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir. İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin 4 ayında qeyri-neft ixracı 26,5%, apreldə isə 62,5% artıb" .
Alçina Amilqızı, Bizim. Media