Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistanla viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell icmanın xarici işlər nazirliklərinin rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, nazirlər Ermənistanla münasibətlərlə bağlı iki tarixi qərar qəbul ediblər: “Onlar viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlamaq qərarını təsdiqləyiblər və Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq hərbi yardım proqramı qəbul ediblər”.
Bizim.Media