İran və Rusiyada dollardan asılılığı aradan qaldırmaq üçün bankomatlar və POS terminallar vahid sistemə qoşulacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rokna məlumat yayıb.
Bildirilib ki, bu yaxınlarda İran və Rusiya arasında maliyyə sahəsində saziş imzalanıb. Sazişə əsasən, sentyabrın əvvəlindən İranın bank şəbəkəsi Rusiyanın “Mir” ödəniş şəbəkəsinə qoşulacaq.
Bu da ölkələr arasında ticarət və bank əməliyyatlarından dolları çıxarmağa hesablanıb.
Bizim.Media