Almaniya Xarici İşlər Nazirliyi tələsik Trampın Ağ Evə mümkün qayıdışına hazırlaşır ki, bu da Almaniyaya və onun dünyadakı mövqeyinə böyük təsir göstərə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr yazır ki, müxtəlif departamentlərin əməkdaşları Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsinin nəticələrini və Berlinin buna reaksiyalarını müzakirə etmək üçün qeyri-rəsmi böhran qrupu yaradıblar:
“Almaniyada çoxları Baydenin gedişinin mümkün təsirindən narahatdır. Onlar Trampın ehtimal edilən qələbəsinə hazırlaşırlar ki, bu da Berlində narahatlıq yaradır.
Almaniya qorxur ki, Tramp daha da proteksionist iqtisadi siyasətlə qayıda bilər, o cümlədən idxala mümkün 10 faiz tarifi ixrac yönümlü Almaniya iqtisadiyyatına ciddi ziyan vuracaq”.
Bizim.Media