Bu gün günorta saatlarında Oğuzun Yemişənli kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 11 yaşlı Firuzə Qəribova yelləncəkdə yellənərkən sürətli hərəkətlər edib.
O, eyni zamanda yelləncəkdə fırlanma hərəkətləri edərkən qəflətən kəndirə dolaşıb və anı boğlumadan keçinib.
Hadisədən ailə üzvləri bir qədər gec xəbər tutub və həkim çağırıblar. Lakin həkimlər gələnə qədər ölüm qeydə alınıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar başlanılıb.
Təhqiqat aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu