Ağcəbədi rayon Təzəkənd kəndi ərazisindəki yol massivindəki yaşıllıq zolağında yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mingəçevir-Bəhramtəpə magistralının sözügedən ərazidən keçən hissəsində qeydə alınan yanğın nəticəsində iki iri gövdəli ağac və digər təbii yaşıllıq örtüyünə ziyan dəyib.
Hadisə yerinə yanğınsöndürən briqada cəlb edilib.
Alov lokallaşdırılıb və yanğının miqyasının genişlənməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri araşdırılır.





Bizim.Media