Kürdəmirdə yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı “VAZ 2106” markalı maşınla “KİA” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü 1960-cı il təvəllüdlü Cəlilov İlqar Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.



Bizim.Media, Aran bürosu