Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
Bizim.Media xəbər verir ki, buna avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarının üçüncüi gününün nəticələri səbəb olub.
Azərbaycanın mövqeyi dəyişməz qalıb. 25-ci pillədə qərarlaşan ölkəmiz 17,000 xalı var. “Zirə”nin evdə “Şerif”ə uduzması (1:2) Azərbaycana xal qazandırmayıb.
Macarıstan Slovakiyanı keçərək 23-cü yerə yüksəlib. Bundan başqa, İrlandiya Kosovonu, İslandiya Latviyanı, Litva Albaniyanı, Gürcüstan Şimali Makedoniyanı arxada qoyub. Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.
Rəşad Rafiqoğlu, Bizim.Media