İrəvanın “Zvartnots” hava limanında keçirdiyi 41 gün aclıq aksiyasından sonra Parisə qayıdan erməniəsilli jurnalist Leo Nikolyan həbs edilib.
Bizim.Media Ermənistan KİV-nə istiadən xəbər verir ki, Nikolyan avtobusda yaşlı yəhudini təhqir etdiyi üçün həbs edilb.
Onun məhkəməsi avqustun 22-nə təyin edilib.
Qeyd edək ki, L.Nikolyan İrəvanın “Zvartnots” hava limanında qeydə aldığı videomüraciətində bildirdiyi kimi Ermənistana buraxılmayıb. Pasport nəzarətindən keçən zaman jurnalistə Ermənistana girişinin qadağan edildiyi bildirilib. Buna etiraz olaraq o, hava limanında qalıb və aclıq aksiyasına başlamışdı.
Bizim.Media