Əməkdar artist Əkbər Əlizadə Bakı Zooloji Parkında biletlərin qiymətlərinin artırılması ilə bağlı fikirləri ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, aktyor zooparka olan girişin teatrdan baha olmasından şikayətlənib.
Bununla bağlı sosial şəbəkə hesabında post paylaşan Əkbər "Teatrlara bilet 5 manatdan başlayır. Heyvanlara olan maraq aktyorlardan üstün imiş" sözlərini yazıb.
Qeyd edək ki, Bakı Zooloji Parkında böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır.
Rəşad Əliyev, Bizim.Media