"Zirə" bu gün Avropa Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxacaq.
Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Şerif"lə qarşılaşacaq.
Moldova klubuna qarşı keçiriləcək oyuna 20:00-da start veriləcək. Bu komandalar arasında Tiraspolda baş tutmuş oyun "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
18 iyul
20:00 "Zirə" – "Şerif" (Moldova)
“Liv Bonadea Arena”
İlk oyun 1:0.
Rəşad Rafiqoğlu, Bizim.Media