Avropa Liqasında mübarizə aparan «Zirə» növbəti transferi reallaşdırıb.
Bizim.Media xəbər verir ki, qəsəbə klubu yenə hücum xəttini gücləndirib.
Ötən ay Davit Volkovu «Sabah»dan geri qaytaran, Junior Martinsi «Kəpəz»dən sıralarına qatan «qartallar» bu dəfə Luis Paçu ilə anlaşıb.
Ötən mövsümdən Azərbaycanda çıxış edən braziliyalı forvard Zirənin eyniadlı komandası ilə 2 illik şəxsi müqaviləyə qol çəkib. Cənubi amerikalı «Turan Tovuz»a məxsusdur.
Qərb klubunun yeni baş məşqçisi Kurban Berdiyev «sambaçı»nın xidmətində maraqlı olmadığına görə rəhbərlik onunla müqaviləyə xitam verib.
Rəşad Rafiqoğlu, Bizim.Media