“Rusiya Amerika xalqının seçdiyi istənilən ABŞ prezidenti ilə işləməyə hazır olacaq. Rusiya Federasiyası və ABŞ-ın müxtəlif səviyyələrdə telefon əlaqələri var, amma orada əhəmiyyətli bir irəliləyiş yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə dair iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Rusiyaya qarşı sanksiya müharibəsi məhz Trampın dövründə başlayıb, lakin eyni zamanda Moskva ilə Vaşinqton arasında dialoq davam edib.
Bizim.Media