Azərbaycanda çörək bu tarixdən ucuzlaşır? – AÇIQLAMA

Dövlət Gömrük Komitəsinin mlumatına cari ilin ilk beş ayında Azərbaycan xaricdən 328 min 542 ton miqdarında, 72 milyon 676 min ABŞ dolları dəyərində buğda alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 121 min 610 ton (27 %), dəyər ifadəsi ilə 62 milyon 228 (46,1 %) azdır. 2023-cü ilin müvafiq dövründə buğda idxalının miqdarı 450 min 452 ton, ona xərclənən vəsait isə 134 milyon 904 min ABŞ dolları olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında idxal olunan buğda ümumi idxalın bir faizini təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Buğdanın tədarük qiymətində AZALMA – Çörək ucuzlaşacaq?


Bizim.Media-ya buğda idxalının azalmasından danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, idxalın azalmasını səciyyələndirən əsas səbəb yerli istehsalın artmasıdır:

“Amma bu ilin ilk 5 ayında Azərbaycanda buğda istehsal olunmayıb. Buğda biçini ötən ay başlayıb. Ona görə də idxalın azalmasının tək səbəbi kimi onu göstərə bilərik ki, 2023-cü ilin üçüncü və dördüncü rübündə beynəlxalq birjalarda ərzaqlıq buğda ucuz olduğuna görə ehtiyacdan daha çox ərzaqlıq buğda idxal edildi. Ötən ilin son aylarında ehtiyacdan 40 faizdən artıq ərzaqlıq buğda gətirildi. Bu hesaba da ölkəmizdə ərzaqlıq buğda bolluğu yarandı. Ona görə də bu ilin ilk 5 ayında əvvəlki illə müqayisədə daha az ərzaqlıq buğda idxal edilib”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın illik ərzaqlıq buğda idxalı bəllidir:

“Bu təxminən 1,2 milyon ton üzərindədir və bu ehtiyacın da əsas hissəsi Rusiyada taxıl biçinindən sonra – payız aylarında tədarük olunur. Nəzərə alaq ki, əvvəlki illərdə dünya ərzaqlıq buğdanın qıtlığını yaşadı. Ona görə də ötən ilki buğda biçinindən sonra dünyanın taxıl tədarükçüləri daha çox ehtiyat yaratmağa çalışdı. Təbii ki, Azərbaycandakı buğda tədarükçüləri də bu prosesdən kənarda qalmadı və ölkəmizə lazım olduğundan çox ərzaqlıq buğda gətirildi. Bu səbəbdən də yanvar ayından başlayaraq idxalda enmə müşahidə olunur. Mən bunu doğru strategiya hesab edirəm. Bu il də eyni strategiyanın təkrarlanması gözlənilir. Çünki, taxıl biçinindən dərhal sonra buğdanın qiyməti daha ucuz olur”. 

Bəs, yaradılan bolluq qiymətlərə necə təsir edəcək?

Akif Nəsirlinin sözlərinə görə yaxın aylarda istər ərzaqlıq buğdanın, istərsə də çörəyin qiymətində ucuzlaşma gözlənilmir:

“Çünki, bu ilin yaz aylarında dünyada və Azərbaycanda yağıntı daha çox oldu. Bu da taxıl zəmilərinə ciddi ziyan vurdu. Ona görə də bu il məhsuldarlığın aşağı olacağı proqnozlaşdırılır. Bu səbəbdən buğdanın və çörəyin qiymətində hər hansı bir ucuzlaşmanın olacağı gözlənilən deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO