"Barselona"nın müdafiəçisi Ronald Arauxo bud dizindəki problemlə bağlı əməliyyat olunacaq.
Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, o, təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacaq.
25 yaşlı uruqvaylı futbolçu Amerika kubokunun 1/4 finalında Braziliyaya qarşı oyunda zədələnərək turnirin qalan hissəsini buraxıb.
Qeyd edək ki, Arauxo 2019-cu ildən Kataloniya təmsilçisinin əsas komandasında oynayır.
Bizim.Media