Ermənilərin müdafiəçisi kimi yadda qalan Mehdi Sübhani mövqeyini niyə dəyişdi? – ŞƏRH 

İranın Ermənistandakı səfiri Mehdi Sübhani bir qayda olaraq anti-Azərbaycan ruhlu çıxışları ilə yadda qalıb. Bütün zamanlarda o ermənilərin müdafiəçisi kimi çıxış edib və çox zaman da bunu rəsmi Tehranın mövqeyi kimi təqdim edib.

Məsələn, o, son çıxışlarından birində demişdi ki, Tehran Ermənistanın gücləndirilməsinin, regionda sülh və sabitliyə kömək edəcək həll yollarının tərəfdarıdır: 

“Biz Ermənistanın möhkəmlənməsi və güclənməsinin tərəfdarıyıq. Regionda sülh və sabitliyə dəstək verəcək hər şeydə ona kömək etməyə hazırıq”. 
 

MÖVZU İLƏ BAĞLI:

Pezeşkian İran prezidenti seçildikdən sonra ölkədə milli tələblər irəli sürüldü – FOTO


Siyasi baxışlarda 180 dərəcə dəyişiklik

Amma nə baş veribsə, Mehdi Sübhani ilk dəfə olaraq regional məsələlərə bir qədər obyektiv mövqe nümayiş etdirib. Məsələn, “Azadlıq” radiosuna son  müsahibəsində onun fikirləri kifayət qədər təəccüb doğurub. Səfir son müsahibəsində bildirib ki, Azərbaycanın irəli sürdüyü tələblərlə bağlı qərar verən Ermənistandır, lakin bu məsələdə mövqeyimiz ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, lehinəyik:

“Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, daim düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında rabitə kanallarının açılmasının tərəfdarıyıq. Bu, regionun bütün ölkələrinə şamil edilməlidir. Bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan (Naxçıvanın kəndi – red.) Arazdəyənə avtomobillə də əlaqə saxlaya bilərik”.

Halbuki, zaman zaman həm İran rəsmiləri, həm də səfir Mehdi Sübhani Zəngəzur dəhlizini İranın qırmızı xətti adlandırıb. Lakin, bu yersiz və ikitərəfli münasibətə xələl gətirən iddiadan İran tədricən geri çəkilir. 

Bununla belə Mehdi Sübhani “Azadlıq” radiosuna son müsahibəsində də öz obyektivliyini sona qədər qoruyub saxlaya bilməyib. Müxbirin İranın Cənubi Qafqazda əsas oyunçulardan biri kimi Qarabağ ermənilərinin məsələsinin həllini konkret olaraq necə gördüyü sualına cavabında o “Azərbaycan “artsax erməniləri”nin kollektiv şəkildə qaytarılması hüququna hörmət etməlidir” deyib. Bununla da o növbəti dəfə Azərbaycanın daxili işinə qarışmaqdan əl çəkməyib.

Bəs, Mehdi Sübhani öz mövqeyini niyə dəyişdirir?

Bunun bir sıra səbəbləri var. Ən başlıcası odur ki, son zamanlar İran Azərbaycanla münasibətlərə yendən baxır. Münasibətlərin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün pozitiv addımlar atır.

Nəzərə alaq ki, bu ilin may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının sabiq Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşmüşdülər. Həmin görüşdə sabiq Prezident Seyid İbrahim Rəisi bildirmişdi ki, biz Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik:

“Bizim Azərbaycanla münasibətlərimiz, bağlılığımız təkcə qonşuluq bağlılığı deyil, aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni, iki ölkə, iki xalq arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk ediləcək”.
Sonrakı aylarda da iki ölkə arasındakı münasibətlərdə pozitiv dinamika vardı. İranın yeni prezidenti Məsud Pezeşkianla Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında hər iki dövlətin mənafeyinə xidmət edəcək gözəl dialoq mühiti qurulub.  

Məhz bunun nəticəsidir ki,  Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb. 

İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. 

Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. 

İki tərəfli münasibətə yeni nəfəs gəlir

Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək. 

Məhz bu səbəbdən səfir Mehdi Sübhani son müsahibəsində fikirlərini xeyli dərəcədə korrektə edib. Amma köhnə vərdişlərindən tamamilə qurtulmayıb. O yenə də ermənilərin eşitmək istədiyi bəzi fikirləri səsləndirib.
Bu da təbii ki, İranla Azərbaycan arasında bərpa olunan etimada zərər verir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

End of content

No more pages to load

RADİO