Ermənistanın Sünik rayonunda (Zəngəzur) 3,5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Zəlzələ Kacaran şəhərindən 14 km şimalda baş verib, episentrdə yeraltı təkanların gücü 4-5 bal olub.
Yeraltı təkanlar Aqarak, Mehri, Kacaran və Qafan şəhərlərində hiss olunub.
Bizim.Media