“Qarabağ”ın qapıçısı Amin Ramazanov zədələnib.
Bizim.Media xəbər verir ki, o, məşq prosesində xəsarət alıb. Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb.
Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.
Avstriyada təlim-məşq toplanışında olan “köhlən atlar”ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media