İngiltərə Premyer Liqasında bu mövsümün son oyunlarında uzun müddətli ayrılıqdan sonra azarkeşlər canlı olaraq matçları stadionda izləyə biləcəklər.
Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi 2 qarşılaşmaya limitli şəkildə fanatların buraxılacağını açıqlayıb. Amma neçə azarkeşin stadiona buraxılacağı dəqiqləşdirilməyib.
Qurumdan sadəcə olaraq bildirilib ki, stadiona ancaq ev sahibi komandanın azarkeşləri buraxılacaq.
Bizim.Media