Yeni mövsümün hazırlığının ilk mərhələsini başa vuran "Turan Tovuz" təlim-məşq toplanışının ikinci mərhələsi üçün qardaş Türkiyəyə yollananıb.
Bizim.Media xəbər verir ki, iyulun 13-dən 26-dək Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər haqda əlavə məlumat veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media